Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
5 may 2014
# 17:18

Rusiyanın xalq artisti Tatyana Samoylova dünyasını dəyişib. Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya kino aktyorları gildiyasından İTAR-TASS-a bildirilib.

Rusiya Kinematoqrafçılar İttifaqının sədrinin birinci müavini Sergey Lazarukun dediyinə görə, aktrisa mayın 4-də, 80 illik yubileyi günü hipertoniya və ürəyində işemiya xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilib.

T. Samoylova 1934-cü il mayın 4-də Leninqrad (indiki Sankt-Peterburq –red) şəhərində anadan olub. Məktəb illərində baletlə məşğul olub, Stanislavski və Nemiroviç-Dançenko adına teatrın nəzdində balet şöbəsini bitirib.

O, 1956-cı ildə Şukin adına teatr məktəbini bitirdikdən sonra Mixail Kalatazovun “Durnalar uçur” filmində Veronika rolunu oynayır və film ona dünya şöhrəti qazandırır.

1958-ci ildə “Durnalar uçur” filmi Kann Film festivalında “Qızıl palma budağı” mükafatı qazanır. Aktrisa özü isə münsiflər heyəti tərəfindən “Ən təvazökar və cazibədar aktrisa” mükafatına layiq görülür.

T. Samoylova Aleksandr Zarxinin “Anna Karenina” filmində də baş rolda oynayıb.

# 1744 dəfə oxunub

Müəllifin son yazıları

# # #