Sabah teatrda toy olacaq

Sabah teatrda toy olacaq
29 yanvar 2018
# 10:12

ADO (Azərbaycan Dağınıq Oda teatrı) 30 yanvar saat 20:00-da “Toy” tamaşasını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən xəbərə görə, “Toy” adlı tamaşa məşhur alman dramaturq Bertolt Brextin “Meşşan Toyu” pyesi əsasında hazırlanıb.

Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Aytən Əliyeva, Zərif Bəkirova və Zaur Hacızadə canlandıracaq.

“TOY” tamaşasının rəsmi dəstəkçisi: “Goethe Zentrum – Baku” (Goethe İnstitut)-dur.

# 954 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #