XANIM...

XANIM...
21 fevral 2013
# 13:25

EYNULLA MÜSLÜM

XANIM...

Neçə illərdi düşüb cənnətə bir dəstə xanım,

Baş qoyur hər gecə yad yastığa ahəstə xanım.

Açıb öz pəncərəsin Qərbə tərəf şeksə baxır,

Kişilik alta düşüb, yırğalanıb üstdə xanım.

Məqsədə çatmaq üçün indi sərin meh də yetər,

Çünki, yarpaqla gəzir dil-dodağı püstə xanım.

Evdə pərçimləsə də şalvara kök əndamını,

Bənzəyir çöldə betondan tökülən büstə xanım.

Üç badam, bir qoz alıb xonça tutardı nənələr,

İndi bir cüt qoza aludədi hər bəsdə xanım.

Buz qoyub ağrısına isti Dubaydan qayıdıb,

Köçəri quş kimidi, quş dediyin xəstə xanım.

Sən də Müslüm,açıb öz ağzını atdın dalına,

Əri ər olsa xanımdır, yenə hər kəsdə xanım.

# 3161 dəfə oxunub

Müəllifin son yazıları

# # #