“Nar bağı” Hollandiyada

“Nar bağı” Hollandiyada
14 sentyabr 2017
# 10:19

Nar bağı” filmi Hollandiyada “Film by the Sea” Beynəlxalq Kinofestivalının rəsmi müsabiqə proqramında nümayiş olunacaq. Kulis.azın məlumatına görə premyera sentyabrın 14-də baş tutacaq.

“Nar bağı”nın ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf filmi təqdim etmək üçün artıq Hollandiyaya yola düşmüşdür. Festivalın direktoru Leo Hannevik (Leo Hannewijk ) yerli mətbuata verdiyi açıqlamada müsabiqə proqramı haqda danışarkən “Nar bağı”nı xüsusi qeyd edərək deyib: “Nar bağı” Çexovun “Albalı bağı” əsərinin azad interpretasiyasıdı. Bu şedevr pyesi çox səhnələşdirib və ekranlaşdırıblar. “Nar bağı” tamam fərqli bir yozumdur, nəticədə poetik və gələcəyi olan film alınıb.”

Növbəti aylar üzrə filmin Almaniya, Fransa, İspaniya, Şotlandiya, Belarus və Türkiyədə keçiriləcək festivalların rəsmi müsabiqə proqramlarında nümayişi planlanır.

“Nar bağı” bədii filmi “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə məhsuludur. Filmin ssenari müəllifi İlqar Nəcəf, Asif Rüstəmov, Roelof Jan Minneboo, quruluşçu operator Ayhan Salar, bəstəkarı Firudin Allahverdi, rəssamı Rafiq Nəsirovdur. Baş rolların ifaçısı Qurban İsmaylov, Səmmimi Ərhad, İlahə Həsənova və Həsən Ağayevdir.

# 932 dəfə oxunub

Müəllifin son yazıları

# # #