Kinorejissor Sally Potter debüt albomundan ilk klipini paylaşdı

Kinorejissor Sally Potter debüt albomundan ilk klipini paylaşdı
19 iyun 2023
# 18:40

Kinorejissor Sally Potter "Pink Bikini" adlı debüt albomundan ilk klipini paylaşıb.

Kulis.az Deadline-a istinadən xəbər verir ki, "Pink Bikini" iyulun 14-də satışa çıxarılacaq. "Yarı-avtobioqrafik" mahnılar toplusu kimi təqdim edilən albomdakı mahnıların musiqisi və sözləri Potterə aiddir.

Qeyd edək ki, 1992-ci ildə Tilda Svintonun oynadığı Virciniya Vulfun klassik romanı əsasında çəkilmiş "Orlando" və Elle Fanninqin baş rolda oynadığı "Ginger & Rosa" kimi filmlərlə tanınan Potterin musiqi karyerası kinodakı işindən əvvələ təsadüf edir. 1970-ci illərdə o, Avropada geniş qastrol səfərlərində olan "Feminist Improvising Group"adlı avanqard qrupun üzvü olub.

# 617 dəfə oxunub

Müəllifin son yazıları

# # #