Rus aktyor vəfat edib

Rus aktyor vəfat edib
23 aprel 2015
# 10:18

Rusiyalı aktyor Qennadi Venqerov aprelin 22-də Düsseldofda 56 yaşında vəfat edib. Kulisin rus mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə onun dostları Facebook səhifəsində xəbər veriblər.

Aktyora bir neçə ay əvvəl terminal mərhələdə olan xərçəng diaqnozu qoyulub. O, buna görə Düsseldofda müalicə alırmış.

Venqerov 1959-cu ildə Vitebeskdə doğulub. Moskva Bədaye Teatrının studiya məktəbində təhsil alıb və Mixail Yefremovla birgə “Sovremennik 2” teatrının əsasını qoyub.

O, Rusiya kinosunda “Dejavü”, “Düşmən qapıda”, “Hop-stop”, "Anatomiya” “Maltiya xaçı” filmlərində və “Döyüşçü” serialından tanınıb.

# 888 dəfə oxunub

Müəllifin son yazıları

# # #