Əməkdaşımızın filmi beynəlxalq festivalda

Əməkdaşımızın filmi beynəlxalq festivalda
8 sentyabr 2021
# 11:30

Azərbaycan filmi “Qırmızı” 16-cı Samara Beynəlxalq “Kino-detyam” festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, filmin rejissoru Tahir Tahiroviç, ssenari müəllifi kinoşünas, saytımızın əməkdaşı Sevda Sultanovadır.

Film ucqar dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Valideynləri ayrıldığına görə evdə tək qalan məktəbli qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabı geyinməkdir.

Norveç, İsveç, İtaliya, Koreya kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan, Belarus və Ermənistan kinosu da təmsil olunacaq.

# 2009 dəfə oxunub

Müəllifin son yazıları

# # #