“Yarat”da yeni film

“Yarat”da yeni film
5 mart 2019
# 09:57

Bu gün “YARAT” Müasir İncəsənət Mərkəzində “Bu sevgidir” adlı film göstəriləcək.

Kulis.az xəbər verir ki, filmin əsas mövzusu sevgi və ölümdür.

Yarım saatlıq sənədli film 65 illik ailə cütlüyün böyük məhəbbətindən bəhs edir. Onların münasibəti XX əsrin ortalarından bu günlərə qədər dəyişən Bakının fonunda yaşanır.

Ekran əsəri qısametrajlı sənədli film olsa da, mövzunun incə və həssas açıqlanması, fərdi müəllif ifadəsini vurğulayan çoxşaxəli rejissor fəndləri bu əsəri bədii filmə çevirir.

Ekran əsəri bir sıra nüfuzlu beynəlxalq kino festivallarında uğurla iştirak edib.

Filmin ssenari müəllifi və rejissoru Teymur Daimidir.

# 1127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #