"My name is İntiqam" filmində pul davası QALMAQAL

"My name is İntiqam" filmində pul davası <span style="color:red;">QALMAQAL
14 yanvar 2015
# 17:26

“My name is İntiqam” filminin nümayiş olunduğu kinoteatrla bu filmin istehsalçısı “Cinema company” arasında anlaşılmazlıq olub.

Kulis.az-ın məlumatına görə, kinoteatrlarla şirkət filmin nümayişindən əldə olunan gəliri bölüşdürə bilmir.

Məsələ ilə bağlı filmin rejissoru Emil Abdullayevlə əlaqə saxladıq.

Rejissorun dediyinə görə, bu, doğru deyil. Kinoteatrlarda nümayiş olunan Azərbaycan filmlərin üçün standart faizlər var. Amma bu haqda əlavə məlumat verməyən E.Abdullyev dedi ki, filmin nümayiş olunduğu bütün seanslarda öz nümayəndələri oturur: “Bu da filmin telefona çəkilməsinin qarşısını almaq məqsədi daşıyır. “My name is İntiqam" Azərbaycanda ilk dəfə qala gecəsi keçirilən yerli filmdir. 28 noyabrdan bəri nümayişdə olan film bu günə kimi anşlaqdadır. Azərbaycanda müstəqillik dövründən bəri istər xarici, istər yerli filmlərlə müqayisədə ən çox baxış məhz bu filmə olub”.

# 883 dəfə oxunub

Müəllifin son yazıları

# # #