Bu filmin afişası İranı qarışdırdı

Bu filmin afişası İranı qarışdırdı
14 avqust 2017
# 10:48

Iranın Zəncan şəhərində kinoteatrın qarşısına asılan kinoafişa anlaşılmazlıq yaradıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “İşçi axtarılır” adlı film az keçmədən insanları cəlb edib.

Zəncanın "Sinema Bahman" adlanan yeganə kinoteatrına insanlar müraciət etməyə başlayıb. Onlar afişanı iş elanı zənn ediblər.

İranın sosial mediasında bu hadisə işsizlik problemi üzərindən hökümətin tənqidinə yol açıb. İşsizlik problemi yaşanan İranda işsizlik göstəricisinin yüzdə 12,6 olduğu bildirilir, başqa sözlə, İranda 3,3 milyon insan işsizdir.

Sözügedən film özü də bu problemə həsr olunub. Film Tehrana iş axtarmağa gedən üç adamın gözü ilə sinfi bölünmələri açıb göstərir.

# 969 dəfə oxunub

Müəllifin son yazıları

# # #