"Squid Game" ulduzunun yeni layihəsi: "Netfliks"dən daha bir Cənubi Koreya serialı

"Squid Game" ulduzunun yeni layihəsi: "Netfliks"dən daha bir Cənubi Koreya serialı
11 iyun 2026
# 13:00

"Squid Game" serialı ilə şöhrət qazanan Pak He-su və "Qisasçılar" filminin ulduzu Klaudiya Kim "Netfliks"in Cənubi Koreya istehsalı olan yeni kriminal serialının baş rollarını bölüşəcəklər.

Kulis.az xəbər verir ki, bu barədə platforma rəsmi məlumat yayıb.

Dünya miqyasında izlənmə rekordları qıran "Squid Game" serialının yaratdığı qlobal təsirdən ən yaxşı şəkildə yararlanmağa davam edən "Netfliks" Cənubi Koreya istehsalı olan yeni kriminal trillerini tamaşaçılara təqdim etməyə hazırlaşır.

Rejissor kürsüsündə Li İl-hyunun əyləşəcəyi ekran işinin baş rollarında "Squid Game"in unudulmaz siması Pak He-su, Ço Cun-sok və Klaudiya Kim çəkiləcək.

"Netfliks" tərəfindən paylaşılan rəsmi süjet xəttinə görə, serial adi bir şirkətdə stikerlər istehsal edən Ça Myun-co adlı sadə bir işçinin həyatını mərkəzə alacaq. Əlavə detallar və serialın premyera tarixi isə hələlik gizli saxlanılır.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər