Rejissor Martin Skorsezenin Havay adalarında çəkilmiş ulduzlarla dolu yeni cinayət filminin baş rollarında kimlərin oynayacağı açıqlanıb.
Kulis.az xəbər verir ki, filmdə əsas rolları Dueyn Conson, Leonardo Di Kaprio və Emili Blant canlandıracaq.
Qeyd edək ki, "Goodfellas" və "The Departed" üslubunda olduğu deyilən film, 1960-1970-ci illərdə Havay adalarına nəzarəti ələ keçirmək üçün mübarizə aparan mafiya başçısından bəhs edəcək.