Sənədli filmimiz beynəlxalq mükafata layiq görülüb

Sənədli filmimiz beynəlxalq mükafata layiq görülüb
27 avqust 2024
# 14:30

Rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi Cənubi Koreyada keçirilən EIDF EBS Beynəlxalq Kino festivalında “Documentary Goyang Award” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, Almanya (Lichtblick Film) və Fransanın (Kidam) ortaq istehsalı olan filmin xronometrajı 87 dəqiqədir.

Filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, rejissor assistenti Leylaxanım Qənbərli, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.

Qeyd edək ki, filmin operatoru Daniel Quliyev təsvir həllinə görə Alman Kamera Mükafatlarında sənədli film nominasiyasında təltif olunmuşdu.

# 608 dəfə oxunub

Müəllifin son yazıları

# # #