Rejissor məşhur serialın bitdiyini açıqladı

Rejissor məşhur serialın bitdiyini açıqladı
2 iyun 2026
# 16:00

HBO-nun məşhur "Euphoria" serialı ekranlarla həmişəlik vidalaşıb.

Kulis.az xəbər verir ki, serialın yaradıcısı, ssenaristi və rejissoru Sem Levinson "New York Times" nəşrinin "Popcast" adlı musiqi podkastında layihənin bitdiyini açıqlayıb.

Xəbər qısa müddət sonra HBO tərəfindən "Variety" nəşrinə verilən rəsmi açıqlama ilə də təsdiqlənib.

Əslində, kino və serial sektoru üçün bu qərar o qədər də böyük sürpriz hesab olunmur. Belə ki, ekran işinin baş rol ifaçısı olan Zendaya daha əvvəl verdiyi müsahibələrdə ssenarinin 3-cü mövsümlə birlikdə sona çatacağına inandığını dəfələrlə dilə gətirmişdi.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər