Norveçdə Türkər Qasımzadənin ilk müəllif konserti keçirilib - FOTO

Norveçdə Türkər Qasımzadənin ilk müəllif konserti keçirilib - <span style="color:red;">FOTO
31 mart 2016
# 15:24

Norveçdə bəstəkar Türkər Qasımzadənin konserti keçirilib. Bu barədə Kulisə bəstəkar özü məlumat verib.

Norveçin Stavanger Universiteti tərəfindən dəvət alan bəstəkar mart ayının 18-i Musiqi Fakültəsinin tələbələri üçün öz yaradıcılığı və çağdaş Azərbaycan musiqisinin durumu haqqında çıxış edib. Eləcə də universitetin müəllim və tələbə heyəti ilə görüş keçirilib.

Bəstəkarın məlumatına görə Norveçin Bergen şəhərində yaradılan, NEUAR ansamblının bədii rəhbəri seçilib: “NEUR ansamblı ilə Stavanger Universiteti tərəfindən təşkil olunmuş müəllif konsertim keçirildi. NEUAR ansamblının tərkibinə Norveç, İngiltərə, Ukrayna, Azərbaycan və Rusiya əsilli musiqiçilər daxildir. Bu ansamblın musiqiçilərinin ifasında 4 əsərim - "Abşeron, illuziyalar", "in absentia", "vu'cumpra'", və "Exit Strategies"(Çıxış strategiyaları) əsərlərim ifa olunmuş, auditoriya tərəfindən gözəl münasibətlə qarşılanıb.”

Bu bəstəkarın ölkə xaricində ilk müəllif konsertidir.

# 925 dəfə oxunub

Müəllifin son yazıları

# # #