“Mövsümün sonu” filmi nümayiş olundu

“Mövsümün sonu” filmi

“Mövsümün sonu” filmi

20 noyabr 2021
# 15:00

YARAT Müasir İncəsənət Mərkəzində “Mövsümün sonu” filmi nümayiş olunub.

YARAT-dan bildirilib ki, film Azərbaycanda boşanma ərəfəsində olan, azadruhlu kiçik ailədən bəhs edir. Oğul Mahmud həyəcanla özünə ev axtarır: ana Fidan ailəsinin xidmətinə həsr etdiyi illərdən sonra öz əvvəlki həyatını geri arzulayır. Ata Samir sadəcə yalqız qalmaq istəyir...

Filmin rejissoru Almaniyada təhsil almış və yaşayan azərbaycanlı rejissor Elmar İmanovdur. O, Rusiya, Almaniya və Gürcüstanda keçirilən beynəlxalq festivalların mükafatlarına layiq görülüb.

Rejissor çəkdiyi ekran əsərində baş qəhrəmanların simasında müdrik metafora ilə azadlıq anlayışı əsas məqsədə çevriləndə nələr baş verəcəyini, onun qəriblik və qarışıqlı anlaşılmazlıq üçün necə bir pərdə kimi xidmət etdiyini göstərir./azertag.az/

# 1707 dəfə oxunub

Müəllifin son yazıları

# # #