Moskvada Azərbaycan filmləri göstəriləcək

Moskvada  Azərbaycan filmləri göstəriləcək
1 fevral 2022
# 14:20

Moskvada fəaliyyət göstərən “İllüzion” kinoteatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan filmlərinin nümayişi olacaq.

Nazirlikdən APA-ya verilən məlumata görə, filmlərin nümayişi fevralın 7-dən 15-dək davam edəcək.

Premyerada komediya, triller, detektiv hekayələr, sosial dramlar kimi mövzuları əhatə etməklə ümumilikdə 19 film nümayiş olunacaq.

Proqramda sovet dövründə çəkilmiş “Şərikli çörək", “Sehirli xalat", “Bizim Cəbiş müəllim”, “İstintaq” kimi ekran işləri ilə yanaşı “Daxildəki ada”, “Səpələnmiş ölümlər arasında”, “Sonuncu” kimi müasir filmlər də yer alır.

Qeyd edək ki, filmlərin nümayişi ilə yanaşı, kinotənqidçilərin mühazirəsi və rejissorlarla görüş də nəzərdə tutulub.

# 1566 dəfə oxunub

Müəllifin son yazıları

# # #