Kino İttifaq tələbəyə “Rasim Ocaqov” mükafatı verdi

Kino İttifaq tələbəyə “Rasim Ocaqov” mükafatı verdi
3 noyabr 2020
# 18:33

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları larueatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğu ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, maddi-sosial vəziyyəti nəzərə alınaraq təhsilinə dəstək məqsədi ilə ödənişli əsaslarla təhsil alan 4-cü kurs tələbəsi Vüsal Əbdüləli oğlu Hacıyev layiq görülüb. Artıq onun ilk təqaüdü bu ay öz hesabına köçürülüb.

# 2263 dəfə oxunub

Müəllifin son yazıları

# # #