Molla Nəsrəddin haqqında film çəkiləcək

Molla Nəsrəddin haqqında film çəkiləcək
3 may 2024
# 11:35

I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii filmin (rejissor Vaqif Mustafayev) birgə istehsalı qərara alınıb.

Kulis.az xəbər verir ki, filmin çəkiliş prosesi ilə bağlı mətbuat konfransı keçirilib.

TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, bu layihədə bütün Türk dövlətləri iştirak edəcək.

Filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılması, hər bir ölkədə həyata keçiriləcək çəkilişlərin həmin ölkə tərəfindən maliyyələşdirilməsi ilə bağlı razılığa gəlinib.

Kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev ekran əsərinin çəkilişlərinə cari ilin avqustundan başlanacağını deyib. Qeyd edib ki, filmin çəkilişləri bu ilin sonunda bitəcək. Filmin xronometrajı 100 dəqiqədir.

# 372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #