İqlim dəyişikliyi mövzusunda film çəkilir

İqlim dəyişikliyi mövzusunda film çəkilir
6 mart 2026
# 12:30

Məşhur aktyor Maykl Şin məktəblərdə iqlim dəyişikliyi mövzusunun müzakirə olunma formasını təkmilləşdirmək məqsədilə çəkilən yeni filmdə hekayəçi (narrator) rolunda çıxış edir.

Kulis.az xəbər verir ki, "Bizə havadan danışmağımızı söylədin" adlı ekran əsəri bu gündən etibarən nümayişə başlayır.

Norfolk qraflığındakı "Westacre Estate" fermasında lentə alınan bu film gənc fermerlərlə əməkdaşlıq şəraitində hazırlanıb.

Filmdə əsas sual budur: Niyə insanlar gündəlik həyatda havadan bu qədər çox danışdıqları halda, iqlim dəyişikliyindən danışmağa tərəddüd edirlər?

"Climate Majority Project" ekoloji kampaniya qrupu tərəfindən ərsəyə gətirilən beş dəqiqəlik filmin əsas məqsədi şagird və müəllimlərə bu ağır mövzu haqqında "dürüst və həssas" şəkildə danışmağa kömək etməkdir.

Filmin ssenari müəllifi dramaturq Emma-Luiza Houel Norfolkdakı gənc fermerlərin iqlim dəyişikliyi ilə bağlı təcrübələrindən ilhamlanıb:

Filmdə gənc aktyorlar Hemi Qrimsbi, Ben Mansfild və Florens Rayt çəkiliblər.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər