Həmyerlimiz beynəlxalq müsabiqədə sədr təyin olundu

Həmyerlimiz beynəlxalq müsabiqədə sədr təyin olundu
18 oktyabr 2024
# 09:33

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin Audiovizual Sənayenin İnkişafı və Strateji Təhlil şöbəsinin müdiri Rüfət Qarazadə 11-ci Beynəlxalq Egeart Qısametrajlı Filmlər Müsabiqəsinin Beynəlxalq film kateqoriyası üzrə münsiflər heyətinin sədri təyin olunub.

Kulis.az xəbər verir ki, müsabiqə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində 12-17 oktyabr 2024-cü il tarixlərində keçirilir.

Filmlərin seçilməsində təşkilatçılığa görə ARKA-nın təmsilçisi Rüfət Qarazadəyə Ege Universitetinin prorektoru, professor, Dr. Mehmet Ersanın imzası ilə universitet rəhbərliyi tərəfindən xüsusi təşəkkürnamə də təqdim edilib.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #