"BəxtiYarım" sənədli filminin təqdimatı olub

"BəxtiYarım"  sənədli filminin təqdimatı olub
9 avqust 2024
# 16:52

Şəki şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusu tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan Bəxtiyar İdrisova həsr olunmuş "BəxtiYarım" sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid ailələri, ziyalılar iştirak ediblər.

Filmin nümayişindən əvvəl araşdırmaçı-jurnalist Şahin Aydəmir və Könül Mahmudovanın birgə hazırladıqları “Bəxtiyarsız günlər” kitabı, həmçinin gənc rəssam Sanur Salamzadənin çəkdiyi şəhidin portreti onun ailəsinə təqdim edilib.

Daha sonra "BəxtiYarım" sənədli filmi nümayiş olunub.

Sənədli filmin rejissoru Şəki şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Elvin Nüsrətoğludur.

# 653 dəfə oxunub

Müəllifin son yazıları

# # #