Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı keçirildi

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı keçirildi
2 may 2026
# 10:50

Heydər Əliyev Mərkəzində “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Alena Əliyeva, hökumət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, bu ekran əsəri yalnız bir tarixi şəxsiyyətin həyatını əks etdirmir, eyni zamanda, milli yaddaşın və mənəvi dəyərlərin bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır.

Daha sonra “Tağıyev: Məktəb” bədii filminin nümayişi olub.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin sonuncu - dördüncü bölümüdür.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Filmin nümayişindən sonra çıxış edən filmin quruluşçu rejissoru Zaur Qasımlı, Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov və yaradıcı heyətin digər üzvləri ekran əsərinin ideya və çəkiliş prosesi barədə fikirlərini bölüşüblər.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva başda olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən bütün yaradıcı heyətə təşəkkür edilib və bildirilib ki, layihənin yüksək səviyyədə hazırlanması komandada birgə əmək, peşəkarlıq və yaradıcı yanaşmanın nəticəsidir.

Qeyd edək ki, Bakı Media Mərkəzi fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz”, “Sükut içində addımlar” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filmini ərsəyə gətirməklə Mərkəz Azərbaycanın tarixi kino sənayesinə öz növbəti dəyərli töhfəsini vermiş olur.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər