Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik - Saleh Bağırov nəyə qəzəbləndi?

Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik - Saleh Bağırov nəyə qəzəbləndi?
1 avqust 2024
# 14:09

"Milli turizm inciləri... Nabranda yerləşən "Maralgöl"ə ayağınızı basmayın. Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik..."

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Saleh Bağırov sosial media hesabında Nabranda yerləşən "MaralGöl" istirahət mərkəzi ilə bağlı paylaşımında yazıb.

Aparıcı istirahət mərkəzindəki qiymətlərin bahalığından şikayətlənib:

"Milli turizm inciləri... Nabranda yerləşən "Maralgöl"ə ayağınızı basmayın. Biabırçılıq, yiyəsizlik, özbaşınalıq və rəzillik... Müştəriyə davramış mədəniyyəti sıfır, xidmət sıfırın altında. Yemək yemirsənsə, çay içmək qadağandır. Təkid edirsənsə, 20 manat dəyəri olmayan dəstgahı 50 manatdan aşağı olmamaqla götürməyə məcbursan. Hünərin var etiraz elə. Rəhbərlik nazla, istəmədən yaxınlaşır və izahı "mövsümdür, qazanmalıyıq". Deyəndə ki, müştərilərinin hesabına guya ad çıxarmısan, bu nə münasibətdir? Söyləyir ki, indi yemək yemək istəyən olsa, deyim ki, çay içən var? Bax, beləcə bu vəziyyətdədir sözügedən obyekt. Çoxları da eyni gündədir. Özünə hörmət edən belə rəzil məkana ayaq basmaz. Sizin hesabınıza ciblərini doldurub, sizi bəyənməyən bu kimi məkanları boykot etmək zamanı çoxdan yetişib".

# 2321 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #