Onlar kinomuzun ən kədərli obrazlarıdır - Siyahı

Onlar kinomuzun ən kədərli obrazlarıdır - Siyahı
26 fevral 2020
# 16:14

Kulis.az filmlərimizdəki ən kədərli on obrazı təqdim edir.

“Tütək səsi” - Cümrü

Cümrünün atası ikinci dünya müharibəsinə gedir. Anası Sayalı isə ərinin dostu Cəbrayılla birgə yaşamağa başlayır. Atasının yoxluğu, müharibənin gətirdiyi faciələrlə yanaşı Cümrü anasının onlara qarşı etdiyi bu xəyanətini bağışlaya bilmir. Qardaşı Tapdıqla birgə evlərinə getməkdən imtina edir. Cümrü öz ağrısını tütək ifa etməklə ifadə edə bilir.

Gallery

“Qaraca qız” - Tutu

Tutu qaraçı qızıdı. Anası qaraçılara qoşulub gedir, Tutu isə atalığının himayəsində qalır. Ayı atalığını parçalayıb öldürəndən sonra Tutu yaxın kəndlərin birindəki qoca ilə yaşamağa başlayır. O, qonşuluqda yaşayan mülkədar ailənin qızı Ağca ilə dostluq edir. Lakin, mülkədarın xanımı Pəricahan bu dostluqdan qəzəblənərək Tutunu şillələyir. Buna baxmayaraq Tutu rəfiqəsi Ağcanı ölümdən xilas edərək öz həyatını onun yolunda qurban verir. Tutunun faciəsi ondadır ki, o, varlı Pəricahan xanımın ona qarşı pis münasibətinin səbəbini heç cür anlaya bilmir.

Gallery

“Qəm pənəcərəsi” - Əhməd

Əhməd Məmmədhəsən əminin yeganə övladıdır. Məmmədhəsən əmi Kərbalaya getməyə hazırlaşır. Bunun üçün arvadının qızıllarını satıb ulaq alır. Ancaq kəndin kəndxudası Xudayar bəy eşşəyi alıb şəhərə aparır və satır. Eşşəyin xiffətini çəkən Əhməd xəstələnib yatağa düşərək ölür.

Gallery

“Zəncirlənmiş adam” - Alvardo

Alvardonun arvadı hamilə və xəstədir. O, iş axtarır, heç yerdə ona iş vermirlər. Nəhayət bir varlının həyətində özünə iş tapır. Ancaq o, burada iti əvəz etməyə məcbur olur. Əvəzində isə ona pul veriləcək.

Gallery

“Tənha narın nağılı” - Sadıq

Sadıq ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə ilə birlikdə kəndən şəhərə köçür. Ancaq şəhərdə gördükləri onun uşaq xəyallarını darmadağın edir.

Gallery

“Pəncərə” - Qənimət

Qənimət kənddə yaşayır. Kəndə, təbiətə bağlı olan Qəniməti atası uşaq evinə qoyur. Atasının, evlərinin xiffətini çəkən Qənimət özü ilə gətirdiyi quzunu hər dəfə görəndə evlərini xatırlayır. Ancaq günlərin birində Qənimət uşaq evinin pəncərəsindən özünü ataraq intihar edir.

Gallery

“Nə gözəldir bu dünya” - Kazım

Kazım ailəsi tərəfindən ruhi xəstəxanaya qoyulub. Günlərin birində ruhi xəstəxana bağlanır, xəstələr evə göndərilir. Kazım da evinə yola salınır. Lakin, ailəsi onu qəbul etmir və təhqir edir.

Gallery

“Yeddi oğul istərəm” - Humay

Humay Gəray bəyin qızıdır. O, həm də Gəray bəyin düşməni komsomol Cəlalın sevgilisidir. Cəlalın ölümündən sonra babası ilə düşmənə çevrilən Humay həm atasını, həm də sevgilisini itirir.

Gallery

“Mən ki gözəl deyildim” - Rəhim baba

Filmdə oğlanlarını itirən Rəhim babanın gözləri yol gözləməkdən kor olur. Oğlundan qara xəbər alan Rəhim babanın həyatı daha da faciəvi şəkil alır.

Gallery

“Fəryad” - Rövşən

Rövşən İsmayılın dostudu. Xocalının işğalından sonra qonşuluqdakı qızın meyiti ilə rastlaşan Rövşən ağlayır və müharibənin gətirdiyi faciələr qarşısında sarsılır.

Gallery

# 8838 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #