İllər sonra tapılan tablo 2,6 milyon dollara satıldı

İllər sonra tapılan tablo 2,6 milyon dollara satıldı
17 iyul 2025
# 13:30

Britaniyalı rəssam Cozef Törnerin “Yüksələn fırtına” adlı əsəri uzun illərdən sonra aşkarlanaraq hərraca çıxarılıb.

Kulis.az xəbər verir ki, tablo gözlənilən satış qiymətindən, təxminən, səkkiz dəfə baha – 2,6 milyon dollara satılıb.

Rəssamın 1792-ci ildə cəmi 17 yaşında olarkən çəkdiyi əsərdə Bristol şəhərindəki qədim hamam təsvir olunub.

Qeyd edək ki, tablo hələ Klifton asma körpüsü inşa edilməmişdən əvvəl Avon çayının şərq sahilindən görünən mənzərəni əks etdirir.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #