Nüfuzlu film festivalına start verildi

Nüfuzlu film festivalına start verildi
20 fevral 2020
# 15:48

70-ci Berlin Film festivalının açılış mərasimi bu gün axşam saatlarında olacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, açılış mərasimi kanadalı rejissor Filipp Falardonun “Mənim Selincer ilim” filmi ilə başlanacaq.

Film ədəbi agent kimi fəaliyyət göstərən şairə Coannın həyatından bəhs edir. O, yazıçı Cerom Selincerə gələn məktubları cavablandırmaq məcburiyyətindədir.

Filmdə Marqaret Kuelli, Siqurni Uiver, Duqlas But, Şana Kersleyk və digər aktyorlar iştirak ediblər.

Festivalda Jonni Depp, Helen Mirren, Uillem Defo iştirak edəcək. Bundan əlavə, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Berlinə qonaq qismində gələcək.

Münsiflər heyətinə "Lolita", "Fransız leytenantının qadını" və digər filmlərdəki rolları ilə tanınan İngilis aktyor, Oskar mükafatçısı Jeremi Ayrons başçılıq edir.

# 2441 dəfə oxunub

Müəllifin son yazıları

# # #