ARKA film layihələrinin nəticələri ilə bağlı məlumat yaydı

ARKA film layihələrinin nəticələri ilə bağlı məlumat yaydı
5 dekabr 2023
# 18:20

Azərbaycan Respublikasının Kino Agentliyi ARKA film layihələrinin nəticələri ilə bağlı məlumat yayımlayıb.

Kulis.az xəbər verir ki, məlumatda deyilir:

"ARKA seçim prosesinə müdaxilə etmir. Müvafiq qaydalara, Ekspert şurasının yekun rəyinə əsasən, ARKA qalib olmuş layihələrə və onların maliyyələşməsinə dair yekun qərar qəbul edir. Film layihələri ARKA-nın iqtisadi cəhətdən əsaslandırmasından sonra istehsala buraxılacaq. Müsabiqənin hər hansı mərhələsi ilə bağlı narazılığı olan iştirakçılar Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edə bilərlər. Film layihələri müsabiqəsində Apellyasiya komissiyası təcrübəsi ilk dəfə tətbiq olunur. Komissiyaya 9 nəfər yerli və xarici peşəkar kinematoqrafçıdan ibarət heyət cəlb edilib. Apellyasiyaya son müraciət 10 dekabr 2023-cü il tarixidir".

# 587 dəfə oxunub

Müəllifin son yazıları

# # #