Mopassanın əsərləri video təqdimatda

Mopassanın əsərləri video təqdimatda
6 avqust 2021
# 13:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı məşhur fransız yazıçısı Gi de Mopassanın “Seçilmiş əsərləri” kitabının videotəqdimatını hazırlayıb.

İdarədən bildirilib ki, videotəqdimatda yazıçının həyatı və əsərləri haqqında məlumat verilib. Qeyd edilib ki, Gi de Mopassan müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısıdır. Hekayələri lakonikliyi ilə seçilir. "Həyat", "Əziz dost" və s. kimi kitabları ilə bütün dünyada şöhrət tapmış yazıçı tənqidi realizmə əsaslanan bənzərsiz yazı manerası, sirayətedici incə yumoru və üslubuyla çoxmilyonlu oxucu auditoriyasının böyük rəğbətini qazanıb.

Psixoloji portret ustası, insan təbiətinin mahir bilicisi olan Mopassan cəmi 10 illik ədəbi fəaliyyəti dövründə 6 roman və 300-ə yaxın novella qələmə alıb. Seçilmiş əsərlərinə müəllifin məşhur romanı (Əziz dost) və novella hekayələri daxil edilib.

# 1941 dəfə oxunub

Müəllifin son yazıları

# # #