Fransız aktyor Jerar Depardyenin şəxsi kolleksiyasından olan rəsm və heykəllər Parisin "Ader" hərrac evində hərraca çıxarılacaq.
Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hərracın 26-27 sentyabr 2023-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur, ümumilikdə, ümumi dəyəri 3-5 milyon avro olan 230-250 rəsm və heykəltəraşlıq əsəri satışa çıxarılacaq.
Bunların arasında Hans Hartunq, Odilon Redon, Gerhardın rəsmləri də var. Ən bahalı lot 500-800 min avro dəyərində Germaine Richier-in bir metr yarımlıq "Gəzən adam" heykəli olacaq.