Milli Kino Mükafatının builki sahibi elan edildi

Milli Kino Mükafatının builki sahibi elan edildi
15 iyul 2021
# 13:17

Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qənbərov Milli Kino Mükafatına layiq görülüb.

Kulis.azın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilən mükafat qurumun İdarə Heyətinin yekdil qərarı ilə verilib.

Mükafatın məbləği 2 min manatdır.

Mükafat 2 avqust Milli Kino Günündə təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.

# 1695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #