Dekabrın 5-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “YouTube” kanalında “Ələddin” tamaşasını nümayiş etdirəcək.
Kulis.az xəbər verir ki, “Min bir gecə” nağıllarından birinin – “Ələddinin sehrli çırağı” əsasında Əməkdar artist Nicat Kazımovun səhnələşdirdiyi tamaşa daim maraqla izlənilən sənət nümunələrindəndir.
Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə olan tamaşa məşhur qəhrəmanlıq nağılını əks etdirir. Ələddin, Şah, Budur, Vəzir, Ana, Cəllad obrazları vasitəsilə təqdim olunan tamaşa balaca izləyicilərə əzmkarlıq, mübarizlik və qəhrəmanlıq hissləri aşılayır.
Qeyd edək ki, tamaşa saat 12:00-da nümayiş olunacaq.