Dünya şöhrətli rejissor reanimasiyadadır

Dünya şöhrətli rejissor reanimasiyadadır
15 sentyabr 2021
# 16:12

Məşhur rus rejissoru Andrey Zvyaqintsev korona virus xəstəliyindən sonra hələ də reanimasiyadadır.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, xəstəlikdən sonra həkimlər 57 yaşlı rejissora ağciyərlərin zədələnməsi diaqnozunu qoyublar.

Rejissor hal-hazırda Almaniyada yerləşən xəstəxanaların birində müalicəsini davam etdirir.

Xatırladaq ki, Zvyaqintsev müasir rus kinosunun ən parlaq nümayəndələrindəndir. O, “Qayıdış”, “Yelena”, “Leviafan”, “Sevgisizlik” kimi filmlərin müəllifidir.

# 2584 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #