Yeni filmlərin çəkilməsi üçün büdcədə vəsait nəzərdə tutulub

Yeni filmlərin çəkilməsi üçün büdcədə vəsait nəzərdə tutulub
10 noyabr 2022
# 16:20

“Bu gün güzəştli ipotekaya kifayət qədər geniş çıxış imkanları var”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, biz bunu genişləndirə bilmərik: “Mədəniyyət sahəsi üzrə bir sıra təkliflər səsləndirildi. Yeni filmlərin çəkilməsi üçün növbəti ilin büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Həm də yeni teatr tamaşalarının qurulması üçün vəsait ayrılacaq, amma bunların istifadəsinə nəzarət gücləndirilməlidir. Zəfərimizin işıqlandırılması üçün yeni filmlərin çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bunların nəticəliliyinə gəldikdə, hər bir sahənin nazirliyi ayrılan vəsaitin xərclənməsi barədə tam hesabatlarını təqdim etməlidir”.

# 1043 dəfə oxunub

Müəllifin son yazıları

# # #