İspaniyalı aktyor Xose de la Torre vəfat edib.
Kulis.az xəbər verir ki, 37 yaşlı aktyor dekabrın 5-də dünyasını dəyişib.
Onun səhhətində ciddi problem olduğu və bu səbəbdən müalicə aldığı bildirilib. O, bu səbəbdən çəkilişlərini dayandırmışdı.
Qeyd edək ki, Xose 2019-cu ildə "Netflix"in "Oyuncaq oğlan" filmində rol alıb.