21-ci Akbank Qısa Film Festivalı

21-ci Akbank Qısa Film Festivalı
12 mart 2025
# 14:30

21-ci Akbank Qısa Film Festivalı 17-27 mart tarixlərində kinosevərləri bir araya gətirəcək. 73 ölkədən 2346 qısametrajlı film müraciəti alan festivalda 41 ölkədən 87 qısametrajlı və 3 tammetrajlı film nümayiş olunacaq.

Kulis.az bu il festivalın xüsusi qonağı rejissor Zeki Demirkubuz olacaq. O, "Həyat" filminin nümayişindən sonra kino təcrübələrini bölüşəcək. Rejissor Vuslat Saraçoğlu və sənədli kino sahəsində tanınan Sahra Mani də festivalda iştirak edəcək.

Festival çərçivəsində Qısa Film Ssenari Müsabiqəsi keçiriləcək və 534 müraciət arasından 8 finalçı seçiləcək. Bundan əlavə, aktyorluq, ssenari yazımı, süni intellektin kinoya inteqrasiyası və digər sahələrdə seminarlar təşkil olunacaq.

Qeyd edək ki,film nümayişləri Akbank İncəsənət binasında, Kadıköy Kinoteatrında və Beylikdüzü Atatürk Mədəniyyət Mərkəzində baş tutacaq. Festival onlayn platformada da izlənilə biləcək.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

# # #