Həqiqət Məhərrəmovanın 75 illiyi münasibətilə kitab işıq üzü gördü

Həqiqət Məhərrəmovanın 75 illiyi münasibətilə  kitab işıq üzü gördü
20 oktyabr 2023
# 17:00

Türkiyədə azərbaycanlı pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ərzurum Atatürk Universiteti Gözəl sənətlər fakültəsinin professoru Həqiqət Məhərrəmovanın 75 illiyi münasibətilə kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Pianoya adanmış bir ömür” kitabında Azərbaycan, Türkiyə, Rusiya, Moldova və digər ölkələrdən tanınmış elm və incəsənət xadimlərinin sənətkar haqqında məqalə və fikirləri yer alıb.

Kitabda Azərbaycandan Xalq artistləri Fərhad Bədəlbəyli, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Azər Rzayev, Rauf Atakişiyev, professorlar Rəna Məmmədova, Aida Tağızadə və digər tanınmış incəsənət adamlarının ürək sözləri və məqalələri də verilib.

Nəşrdə musiqiçi xanımın qardaşı Xalq artisti Məbud Məhərrəmovun da fikirləri yer alıb.

# 630 dəfə oxunub

Müəllifin son yazıları

# # #