“Ələddin” tamaşası "Youtube"da nümayiş ediləcək

“Ələddin” tamaşası "Youtube"da nümayiş ediləcək
30 may 2020
# 15:31

Mayın 31-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “YouTube” kanalında “Ələddin” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, “Min bir gecə” nağıllarından birinin – “Ələddinin sehrli çırağı” əsasında Əməkdar artist Nicat Kazımovun səhnələşdirdiyi tamaşa daim maraqla izlənilən nümunələrdəndir.

Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə olan tamaşa məşhur qəhrəmanlıq nağılını əks etdirir. Ələddin, Şah, Budur, Vəzir, Ana, Cəllad obrazları vasitəsilə təqdim olunan tamaşa balaca izləyicilərə əzmkarlıq, mübarizlik və qəhrəmanlıq hissləri aşılayır.

# 2306 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #