Öpüb bu yaz axşamını – Günün şeiri

Öpüb bu yaz axşamını – Günün şeiri
14 may 2020
# 10:03

Bu gün tanınmış şair, saytımızın əməkdaşı Səhər Əhmədin doğum gündür. Kulis.az bu münasibətlə onun məşhur şeirlərdən birini təqdim edir.

Qoyub gedəsən bu ömrü
Gedəsən və gəlməyəsən
Heç bir kəsi görməyə də
ölməyə də gəlməyəsən.

öpüb bu yaz axşamını
yuxuda qoyub hamını
çıxardıb ayaqlarını
əlinə alıb gedəsən

nə yolun nə izin qala
qəbrin də qazılı qala
unutduğun bir ünvana
bir məktub salıb gedəsən...

P.S. Səhər xanımla ad günü söhbəti gün ərzində yayımlanacaq.

# 2661 dəfə oxunub

Müəllifin son yazıları

# # #