AYB Kulisin xəbərini təsdiqlədi: Əsəd Cahangir azad edilib

AYB Kulisin xəbərini təsdiqlədi: <span style="color:red;">Əsəd Cahangir azad edilib
7 oktyabr 2015
# 14:42

Azərbaycan jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangir vəzifəsindən azad olunub.

Bu barədə APA-ya məlumat verən Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca bildirib ki, Əsəd Cahangir öz ərizəsi ilə vəzifəsindən azad olunub: “Özü ərizə yazıb ki, onu baş redaktor müavinliyindən azad edək. Başqa səbəb yoxdur”.

F.Qoca əlavə edib ki, Ə.Cahangirin yerinə təyinat olmayıb: “Hələlik o vəzifə boşdur. Bəlkə heç baş redaktor müavini vəzifəsinə heç kimi təyin etmədik”.

Əsəd Cahangir isə Kulisə açıqlamasında bildirib ki, onun bu barədə məlumatı yoxdur.

Xatırıladaq ki, jurnalın baş redaktoru İntiqam Qasımzadə Əsəd Cahangirin onu təhqir elədiyi üçün katibliyə müraciət etdiyini bildirmişdi.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #