Geyilmiş corabsan ŞEİR

Geyilmiş corabsan <span style="color:red;">ŞEİR
1 oktyabr 2014
# 09:18

Kulis.az gənc şairə Fəridənin yeni şeirini təqdim edir

***

həm qızsan

qadınsan

anasan

sən indi ''sən''dən çox

''san''san .

iki dilim çörəksən

ütülü paltarsan

geyilmiş corabsan

yuyulmuş qazansan

bir az da

insansan .

bu evdə hər şeysən

hamısan.

amma bilirsən

bayırda yoxsan .

üzünü pəncərədən asan qadın,

bəs, kimi gözləyirsən hər axşam?

# 1722 dəfə oxunub

Müəllifin son yazıları

# # #