Elçin Aslangil: “Qulaqlarınızı və gözlərinizi yumun” Ən qısa hekayə

Elçin Aslangil: “Qulaqlarınızı və gözlərinizi yumun” Ən qısa hekayə
17 dekabr 2013
# 15:00

Kulis.Az Elçin Aslangilin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qulaqlarınızı və gözlərinizi yumun” (447 işarə) hekayəsini təqdim edir.

- Sən sadəcə əllərimə bax.

O, arxasını çevirib, saçlarını kürəyinə tökdü. Onun saçları kürəyini və yanını büsbütün qapamışdı. Necə də gözəl idi... O, pıçıltıyla deyirdi:

- Əllərimə və barmaqlarımın ucuna bax...

Mən baxırdım. Əlləri mənim eşitmədiyim musiqinin ahəngində rəqs edirdi. Birdən, dodaqlarımı yaşlayıb, onun adını pıçıldadım:

- Ağena!

- Siz onu yuxuda görmüşdünüz?

- Hə.

- Bəs sonra nə baş verdi?

- Yuxuda gördüklərim.

- Bəs sonra?

- Cənab hakim, qulaqlarınızı və gözlərinizi yumun, özünüz hər şeyi biləcəksiniz...

# 2797 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #