Meşəni xilas edən zəlzələ - “İnternat ədəbiyyatı”

Meşəni xilas edən zəlzələ - <span style="color:red;">“İnternat ədəbiyyatı”
19 aprel 2017
# 13:00

Kulis.az ”İnternat ədəbiyyatı” layihəsində 1 saylı internat məktəbinin VI sinif şagirdi Arif Nurməmmədovun yazdığı nağılı yayımlayır. Layihənin rəhbəri Vüsalə Məmmədova, redaktoru Sevinc Elsevərdir.

LAYİHƏ: “İnternat ədəbiyyatı”

Bir neçə aydır ki, yazar Sevinc Elsevərlə baş-başa verib, həftə sonumuzu fərqli keçirməyə qərar vermişdik. “Ədəbiyyat saatı” layihəsi çərçivəsində internat məktəblərində uşaqlarla birlikdə kitab oxuyur, müzakirə edir, bəzənsə, xəyallarımızı sözə çevirməyə, öz düşüncələrimizi yazmağa cəhd edirdik. Qısa müddətdə uşaqlar öz dünyalarının qapılarını bizə açdılar... Onların balaca və kimsəsiz ürəklərindəki bütün dünyanı sevəcək qədər sevgiyə, qollarındakı bəşəriyyəti qucaqlayacaq qədər gücə heyran olduq. Çiyinlərində yük kimi daşıdıqları talelərinə baş əyərək, keçmişlərinə mərhəmətlə boylanan bu balacalardan öyrənəcək o qədər şey var ki...

Elə buna görə də görüşlərimiz boyu uşaqların yazdığı nağıl və hekayələri “İnternat ədəbiyyatı” altında Sizə təqdim etmək qərarına gəldik. Sizi internat uşaqlarının dünyasına dəvət edirik...

Vüsalə Məmmədova

Meşəni xilas edən zəlzələ

Biri var idi, biri yox idi, ucsuz-bucaqsız bir meşə var idi. Bu meşənin kralı şir buranı tək idarə edə bilmirdi. Ona görə də o, bataqlıqları, dağları canavara, çayları və gölləri pələngə tapşırdı. Beləcə, meşədə hər şey yavaş-yavaş yoluna düşdü.

Amma bu meşədə qorxunc və dəhşətli bir ayı da yaşayırdı. Onunla heç bir heyvan bacara bilmirdi. Nə canavar, nə pələng, nə də meşənin kralı şir ayını zərərsizləşdirə bilmirdilər. Ayı heyvanlara göz verib-işıq vermir, meşənin sərvətinə ziyan vururdu. Bir gün o, köstəbəyin balalarını yedi. Köstəbək həmin gündən qisas hissi ilə yaşamağa başladı və ayıdan şirə şikayət elədi. Amma bildiyiniz kimi, şir də bu qorxunc ayını cəzalandırmaqda aciz idi.

Bir gün ayı arıların balını yemək istəyəndə arılar onu sancdılar. Ayının bədəni şişdi və hərəkət edə bilmədi. O, sürünərək gəlib mağarasına çıxdı. Ayı mağarasında xəstə yatanda zəlzələ baş verdi, qaya parçaları tökülüb mağaranın yolunu bağladı. Ayı mağarada tək qalıb acından və xəstəlikdən öldü.

Bundan sonra meşə yenidən öz rifah dolu həyatına qayıtdı.

Layihənin əvvəlki yazıları:

“Bacım atamın qucağında öldü”

“Paxıllıqdan saralan güllər”

Başını daşla yaran dostu bağışlamaq

Öz payın aparmağa uşaqlar düzülürlər

Yalanı ancaq nağıllarda danışmalı

# 1332 dəfə oxunub

Müəllifin son yazıları

# # #