“Amerikalı kürəkən” tamaşası yenidən səhnədə

“Amerikalı kürəkən” tamaşası  yenidən səhnədə
25 yanvar 2024
# 17:28

Fevralın 2-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan "Amerikalı kürəkən” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, komediya janrında hazırlanan tamaşa yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb.

İki hissədən ibarət olan səhnə əsərinin quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Qeyd edək ki, biletləri şəhərin kassalarından və “İticket.az” saytından əldə etmək mümkündür.

# 564 dəfə oxunub

Müəllifin son yazıları

# # #