“Yafəs Türksəsin bu gün verdiyi müsahibədə mənim adımdan səsləndirdiyi fikirlər ağ yalandır. Mən o qədər qeyri-ciddi adam deyiləm ki, bu cür sözlər deyim”.
Bunu Sim-sim.az-a açıqlamasında yazıçı Kənan Hacı bildirib.
Kənan Hacı deyib ki, Ramiz Rövşəni Azərbaycanın ən böyük şairlərindən, ziyalılarından biri sayır: “Onun dürüstlüyü, təmizliyi, halallığı ondan sonra gələn bütün ədəbi nəsillər, o cümlədən bizim nəsil üçün bir nümunədir. Ölkəmizin, xalqımızın ən böyük ziyalılarından birinə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmıram. Mən o əxlaqın, tərbiyənin yiyəsi deyiləm”.
Xatırladaq ki, şair Yafəs Türksəs aznews.az-a veridiyi müsahibədə Kənan Hacının adından bunları bildirib: “O gün Kənan Hacı mənə deyir ki, adını çəkmək istəmədiyim məmurlardan biri Ramiz Rövşənə beş min pul verdi”.