Şair Qabilin gənc müəlliməyə yazdığı sevgi məktubu – MƏTN - FOTO

<b>Şair Qabilin gənc müəlliməyə yazdığı sevgi məktubu – <span style="color:red;">MƏTN - FOTO </b>
4 fevral 2018
# 21:51

Xalq şairi Qabilin ilk məhəbbətinə şeirlə yazdığı sevgi məktubu yayılıb. 1948-ci ilə aid olan məktubun foto-nüsxəsini şairin oğlu Mahir Qabiloğlu öz facebook hesabında yayımlayıb. Məktubdakı şeir misralarının baş hərfləri şairin sevgi izhar etdiyi qadının adını əmələ gətirir.

Həyat şirindirsə, ömür gödəkdir

Arzular tez solan zərif çiçəkdir

Canım qəriblikdə çürüyür, ay qız

İşıq verən mənə bir sənsən yalnız

Bəlkə, məzarımı burda qazdılar

Əlinlə, nə olar, orda hər bahar

Yığ əlvan çiçəklər, tər bənövşələr

İncə əllərinlə qəbrim üstə sər

Mən yazdım bu şeiri sizə yadigar

Əzizim, var olsun eşqi duyanlar

Bu kiçik parçanı Yardımlı orta məktəbinin müəlliməsi Rəhimova Hacıbəyimə yadigar olaraq verirəm.

24.IX.48

Qabil

# 1439 dəfə oxunub

Müəllifin son yazıları

# # #