Ukraynanın Lvov vilayətinin hakimiyyəti son bir həftə ərzində sovet dövründən qalma altı abidəni, o cümlədən Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidəni söküb.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, Stryiski rayonu ərazisində Sulyatiçi və Zareçye kəndlərində iki abidə sökülüb.
Sambir rayonunun Strelki və Topelnitsa kəndlərində sovet dövrünə aid iki abidə, Luki kəndində pilot Qorodentsevin abidəsi və Borynya qəsəbəsində “Yaşasın Qəhrəmanlara” memorial kompleksi sökülüb.