73 kiloqram çəki dərəcəsində sevişmə - ŞEİRLƏR

73 kiloqram çəki dərəcəsində sevişmə - <span style="color:red;">ŞEİRLƏR
26 may 2016
# 14:47

Kulis.Az “Yeni imzalar” rubrikasından gənc şair Babək Ağanın yeni şeirlərini təqdim edir.

təzə-təzə dərk edirdim qudurğan saçlarını

hər şeyin başını buraxırdı tərtəmiz çiyinlərin

heç bir ölçüyə gəlməyən bədənin müxtəlif anlamlara açıq idi

əynimizi döşəmədən birtəhər toplayırdıq

gecədən qalan toranın sinəsinə

dünəndən qalma dirsəklər ucundan

tər süzülürdü isinə-isinə...

məsihdən sonra buz dövrü

ikiminsəninci

ikiminməninci illərdən sonra

ikiminonuncu il də çox soyuq keçdi...

kədərlisə(fil)saçların

saçların qərib(ə) dadır

kim deyir ki yaxşı şahlar təkcə nağıllardadı

saçların kosmos dadır

saçların fəza dadır

saçların süni peyk dadır

ay dadır

qaydadır saçların mənə

postulatlarımdı əzbər bilirəm

saçların nağıl dadır

fillər də mən ağıldadır

suyu elə içirlər deyərsən ki

heyvanlıq tarixinin bütün kədəri

uzun xortumlarındadı

hüzn xortumlarındadı fillərin

rasio

irrasional adamlar rasional olmadıqlarından

irrasional deyillər

rasional adamlar irrasional ola bilmədiklərindən

rasionaldılar

şou mast qo on

o gün filmin ortasında dərin yuxuya getdim

nyu york zəncisi usandıqca yeyir yedikcə də köpürdü

yuxuda dəvə belində saxara çöllərinə suya getdim

bir afrikalının çatlamış dodaqları gözlüyümə tüpürdü

üstümə gəldilər qamçılarıyla tez oyandım

üz-gözümdəki tər damcılarına günəşin ilk şüaları boyandı

təkmetrajlı o

(səhnə gerçək hadisələr əsasında yazılmışdır)

bir siqaret qutusunun içindən

su pərilərinin islanmış saçından

allahın mavi qaranlıqlarından

gecənin ikisindən üçündən

nə bilim e...

bəlkə vəhşi ərəblərin köçündən

qaçıb gəlmişdi

dodaqları titrəyir

sinəsi çox tez-tez qalxıb enirdi

tövşüyürdü o ki var tövşüyürdü

# 1048 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #