Nəriman Əbdülrəhmanlı Ahmet Ümitin təqdimat mərasiminə dəvət aldı

Nəriman Əbdülrəhmanlı Ahmet Ümitin təqdimat mərasiminə dəvət aldı
19 noyabr 2015
# 10:46

Nəriman Əbdülrəhmanlı Ahmet Ümidin “Əlvida, gözəl vətənim” adlı yeni kitabının İstanbulda keçiriləcək təqdimat mərasiminə dəvə alıb. Bu barədə Kulisə yazıçı məlumat verib.

O bildirib ki, Ahmet Ümidin yeni romanının təqdimatemə mərasiminə dünyanın bir çox ölkələrindən qonaqlar iştirak edəcək. Azərbaycandan isə Ahmet Ümitin əsərlərinin dilimizə çevrilməsini və çapını gerçəkləşdirən “Qanun” nəşriyyatını yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı təmsil edəcək.

Ahmet Ümit “Sis və gecə”, “Qar qoxusu”, “Babi-Əsrar”, “İstanbul xatirəsi”, “Bəyoğlu rapsodiyası”, “Qövm”, “Bəyoğlunun ən gözəl abisi”, “Sultanı öldürmək” kimi populyar detektiv romanlar müəllifidir. “Əlvida, gözəl vətənim” adlanan yeni roman 1889-1926-cı illərdə baş vermiş hadisələrə, yazıçı olmaq istəyən Şahsuvar Sami adlı bir gəncin taleyilə yanaşı Osmanlı imperatorluğunun taleyində az qala həlledici rol oynamış “İttihad və Tərəqqi” təşkilatının tarixinə işıq tutur.

Xatırladırıq ki, Azərbaycan oxucuları artıq Ahmet Ümitin “Sis və gecə”, “Babi-Əsrar” romanları ilə də tanışdırlar.

# 779 dəfə oxunub

Müəllifin son yazıları

# # #