Helsinki incəsənət festivalı başladı

Helsinki incəsənət festivalı başladı
17 avqust 2017
# 17:45

Avqustun 17-də Finlandiyada ən böyük incəsənət festivalı olan Helsinki festivalına start verilib. Hər il keçirilən bu tədbir müddətində şəhərdə çoxsaylı yaradıcılıq tədbirləri - ənənəvi teatr tamaşaları, rəsm sərgiləri və konsertlər, təbiət qoynunda məclislər, multijanr tamaşaları, bir sıra başqa müxtəlif görüşlər nəzərdə tutulur.

Keçən il Helsinki festivalına 200 mindən çox tamaşaçı gəlib.

Builki festivalda ən maraqlı və parlaq tədbirlər – bədii manifest ənənəsinə hörmətlə yanaşan Culian Rozefeldin sensasiyalı kino instalyasiyası, İrlandiyanın “Dead Centre” teatr truppasının ifasında “Çexovun ilk pyesi” əsərinin tamaşası, Suomenlinna adasında “Viapori Jazz” caz festivalı, şəhərdə təşkil ediləcək “Əsrarəngiz bağ” adlı art-piknik və İncəsənət gecəsi olacaq.

AZƏRTAC

# 845 dəfə oxunub

Müəllifin son yazıları

# # #